“Qarabağ məsələsi Türkiyə ilə də müzakirə olunmalıdır” - Medvedev

 “Qarabağ məsələsi Türkiyə ilə də müzakirə olunmalıdır” -  Medvedev
  01 Fevral 2021    Oxunub:2243
Qarabağ nizamlanması Türkiyə ilə də müzakirə olunmalıdır, bölgənin reallıqları belədir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

"Türkiyə bizim vacib tərəfdaşımızdır. Həm də Azərbaycan üçün çox yaxın ölkədir. Bu amil nəzərə alınmaya bilməz", - deyə Medvedev əlavə edib.

Onun sözlərinə görə, Moskva və Ankara məhsuldar dialoq qurub, iki ölkə prezidentlərinin bu mövzuda davamlı ünsiyyəti mövcuddur, Türkiyə və Rusiya hərbçilərinin olduğu xüsusi nəzarət mərkəzinin yaradılmasına qərar verilib.

“Bu da ümumi sabitləşmə elementidir. Ancaq mən bunu uzunmüddətli siyasətin bir elementi kimi qiymətləndirməzdim. Sadəcə bölgəmizdə mövcud olan reallıqları nəzərə almalıyıq. Və reallıqlar elədir ki, bu gün bu məsələ Türkiyədən olan tərəfdaşlarla müzakirə edilməlidir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DmitriMedvedev  





Xəbər lenti