Hindistan vaksini də rəqabətə başlayıb

Hindistan vaksini də rəqabətə başlayıb
  01 Fevral 2021    Oxunub:1271
Koronavirusa qarşı daha çox Çin, Almaniya və Rusiya vaksinindən danışılır və müxtəlif dövlətlər bu ölkələrin vaksinlərini əldə etməyə çalışırlar.
Ancaq son vaxtlar Hindistan vaksinləri də ön plana çıxıb. BMT-nin baş katibi Antonio Quterreş yanvarın 26-dakı çıxışında Hindistan vaksinini tərifləyib:

217 dəfə COVID-19 peyvəndi vurdurdu, immuniteti zəifləmədi
“Hindistanda istehsal edilən vaksinlərin istehsalının çox yüksək səviyyədə olduğunu bilirəm. Bunun üçün Hindistan qurumları ilə təmasda olduğumuzu, Hindistanın bütün alətlərə sahib olacağına ümid edirik. Peyvənd kampaniyasının dünyada tətbiqində Hindistan vaksinlərinin də xüsusi rolu olacağına inanıram”.

Hindistan Butan, Nepal, Əfqanıstan, Şri-Lanka, Mavrikiy, Oman, Nikaraqua, Afrika və Pasifik ölkələrinə peyvəndlər göndərməyə başlayıb. Hindistan dünya dərman istehsalında üst sıralardadır. Dünyada müxtəlif vaksinlərin istehsalının 60 faizi Hindistanın payına düşür. Koronavirusa yoluxanların və ölənlərin sayına görə isə Hindistan da Amerika kimi ön sıralardadır. Buna görə Hindistan ilk növbədə öz vətəndaşlarını xilas etməlidir. Bu ölkənin əhalisi 1 milyard nəfəri aşır.

Buna baxmayaraq, Hindistan icad etdiyi vaksinlərini başqa ölkələrə satmağa da hazırdır. Çin üçün daxili bazar vacib deyil. Çünki, Hindistandan fərqli olaraq Çində virusun yayılmasının qarşısı alınıb, yoluxanların sayı nəzarət altındadır. Ona görə də Çin öz vaksinlərini daha çox dünya bazarlarına çıxarır və bundan gəlir əldə edir. Hindistan isə icad etdiyi vaksinləri həm daxildə istifadə etməli, həm də müxtəlif ölkələrə satmalıdır.

Bir müddət keçdikdən sonra başqa ölkələr də vaksin istehsalına başlayacaqlar. Misal üçün Türkiyədə vaksin sınaqları davam edir. Sadəcə bir neçə ölkə vaksin istehsalında irəli çıxdı və ona görə bir sıra dövlətlər həmin vaksinləri almaq məcburiyyətində qaldı. Ancaq vaksin alınmasında şaxələndirmə siyasəti aparılır. Yəni bir ölkə vaksin almaqda yalnız bir ölkədən asılı olmaq istəmir. Ölkələr həm Rusiya, həm Çin, həm Almaniya, həm də Hindistan vaksinlərini alırlar. Bu vaksin alan ölkənin vaksin satan ölkədən asılılığını azaldır.

Hazırladı: “Atlas” Araşdırmalar Mərkəzi
Azvision.az


Teqlər: Vaksin   Hindistan  





Xəbər lenti