Rusiyada daha 437 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada daha 437 nəfər pandemiyanın qurbanı oldu
  01 Fevral 2021    Oxunub:1970
Rusiyada son sutka ərzində koronavirusa 17 648 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 868 087 nəfərə çatıb.

Rusiyada bir gündə 437 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 73 619
nəfərdir. İndiyədək 3 318 173 xəstə sağalıb. Hazırda ölkədə 476 295 nəfər aktiv xəstə var.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti