Serbiyadan Vaqif Mustafayevə mükafat

Serbiyadan Vaqif Mustafayevə mükafat
  18 Fevral 2014    Oxunub:1517
Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayev Serbiya Respublikasının daha bir ali mükafatına layiq görülüb. Kinorejissor Azərbaycan və Serbiya arasında əlaqələrin genişləndirilməsində göstərdiyi xidmətlərinə görə Serbiya prezidentinin qərarı ilə Serbiya Bayrağı ordeni ilə təltif edilib.
Ali mükafat bir çox ölkələrdə filmləri sevilərək izlənilən Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayevə Serbiya Respublikasının Müstəqillik Gününə həsr olunan təntənəli mərasimdə təqdim olunub. Tədbirdə tanınmış incəsənət xadimləri, eləcə də bir çox ölkələrin Azərbaycandakı rəsmi təmsilçiləri iştirak edirdilər. Ordeni kinorejissora Serbiya Respublikasının ölkəmizdəki səfiri Zoran Vayoviç təqdim edib.

Azərbaycanla Serbiyanın strateji tərəfdaş olduğunu qeyd edən diplomat hələ keçən il hər iki ölkənin prezidentlərinin strateji tərəfdaşlıq haqqında müqavilə imzaladıqlarını xatırladıb: “Bizim münasibətlərimiz hər tərəfli inkişaf edir. Mən çox şadam ki, bu gün biz burda Serbiya Respublikasının Müstəqillik Gününü qeyd edirik. Biz bu gün burda Space televiziyasının prezidenti Vaqif Mustafayevə dövlətlərarası mədəni əlaqələrin inkişafı, eləcə də kinomatoqrafiya sahəsində xidmətlərinə görə Serbiya Bayrağı Ordenini təqdim etdik”.

Kinorejissor, xalq artisti Vaqif Mustafayev də doğma Vətənində belə bir ali mükafatı aldığına görə çox xoşbəxt olduğunu dilə gətirib: “Mən çox xoşbəxt insanam ki, hətta başqa dövlətlərdə də mənim sənətimə ,yaradıcılığıma qiymət verirlər”.




Teqlər:





Xəbər lenti