İTV-də “Parlament saatı” verilişi yayımlanacaq

İTV-də “Parlament saatı” verilişi yayımlanacaq
  01 Fevral 2021    Oxunub:2183
İctimai televiziyada “Parlament saatı” adlı veriliş olacaq.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, bununla bağlı razılaşma əldə olunub və yaxın zamanlarda İctimai Televiziyada həftədə bir dəfə “Parlament saatı” adlı veriliş fəaliyyətə başlayacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İTV   Parlament   Veriliş  






Xəbər lenti