Almaniyada koronavirusdan ölüm sayı 57 mini ötdü

Almaniyada koronavirusdan ölüm sayı 57 mini ötdü
  01 Fevral 2021    Oxunub:2056
Almaniyada son sutka ərzində koronavirus infeksiyasına 5608 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat yayıb.

Qeyd edilib ki, virusa yoluxmuş daha 175 nəfər dünyasını dəyişib.

Almaniyada infeksiya hallarının ümumi sayı 2 221 971-ə çatıb, indiyədək virusa yoluxmuş 57 120 nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti