Tramp Nobel Sülh mükafatına namizəd irəli sürüldü

 Tramp Nobel Sülh mükafatına namizəd irəli sürüldü
  01 Fevral 2021    Oxunub:2157
ABŞ-ın sabiq prezidenti Donald Tramp Nobel Sülh mükafatına namizəd irəli sürülüb.
Azvision.az xəbər verir ki, təşəbbüs Avropa parlamentinin Estoniyadan olan deputatı Yaak Madisona məxsusdur.

Siyasətçi bu barədə "Facebook" səhifəsində yazıb.

Estoniya Mühafizəkar Xalq partiyasını təmsil edən Madison qərarnı belə izah edib ki, Tramp son 30 ildə müharibə aparmayan ilk ABŞ prezidenti olub.

"Bundan əlavə, onun rəhbərliyi altında Yaxın Şərqdə bir sıra sülh müqavilələri imzalandı, bu da bölgədə sabitliyin və sülhün təmin olunmasına kömək etdi. Nobel Sülh mükafatını kimin alacağını görəcəyik".

O, Trampı Nobel mükafatına namizəd göstərən yeganə şəxs olmadığını söyləyib: "Ancaq bildiyimiz kimi, müraciət nə qədər çox olarsa, müvəffəqiyyət şansı daha yüksəkdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Nobelmükafatı  





Xəbər lenti