Bu, yeni tikilmiş “SOCAR Polymer” kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur və NEZ-in modernizasiyasının miqyasının nəhəngliyini göstərir.
SOCAR ilə bp arasında memorandum imzalanıb |
2020-ci ildə COVID-19 pandemiyası layihənin bir qədər gecikməsinə səbəb olmuş və yeni qrafikin qəbul olunması labüdləşib. 2020-ci ildə aparılan texniki təftiş və modelləşmə işləri nəticəsində layihənin cari mərhələsi çərçivəsində NEZ-də “Avro-5” benzin istehsalının təmin edilməsi məqsədi ilə 3 yeni qurğunun – amin təmizləmə (maye qazların kükürddən təmizlənməsi), LPG Merox (maye qazların ilkin təmizlənməsi və merkaptanlardan təmizlənməsi), benzin hidrotəmizləmə (katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi) qurğularının inşasının vacibliyi müəyyənləşdirilmişdir. Bu qurğunun inşası “Avro-5” keyfiyyətinə cavab verən benzinin istehsalı baxımından zəruridir.
Yeni qrafikə əsasən NEZ-də “Avro-5” tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro 5” standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də “Aİ-92” və “Aİ-95” markalı benzin istehsal olunacaq.
Layihə üzrə işlərin sürətləndirilməsi üçün ötən il beynəlxalq təcrübəli mütəxəssislərdən ibarət “SOCAR Downstream Management” şirkəti yaradılmış, SOCAR-ın Türkiyə ofisindən bır sıra təcrübəli mütəxəssislər işlərə cəlb olunub. “SOCAR Downstream Management” tərəfindən tərtib edilmiş “İstismar mükəmməlliyi” proqramı çərçivəsində gənc mütəxəssislər təcrübə mübadiləsi üçün SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna təlimlərə göndəriləcək.
Qeyd edək ki, beynəlxalq şirkətlər tərəfindən zavodun əsas qurğularında aparılmış son təftiş nəticəsində NEZ-in keçən əsrin 70-80-ci illərində inşa olunmuş bir neçə əsas qurğunun, o cümlədən neftin ilkin emalı qurğusunun istismar müddətinin sona yaxınlaşması nəzərə alınaraq, həmin qurğuların da yeniləri ilə əvəz edilməsini tövsiyə olunmuşdur. Bununla əlaqədar SOCAR tərəfindən müvafiq ilkin tədqiqat və layihələndirmə işlərinə başlanılmışdır. Aparılan tədqiqatın nəticələri və müvafiq təkliflər şirkətin Müşahidə Şurasına təqdim ediləcək.
Azvision.az