Məhkəmə Navalnının xanımını cərimələdi

Məhkəmə Navalnının xanımını cərimələdi
  01 Fevral 2021    Oxunub:2325
Moskva məhkəməsi həbsdə olan müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanı 20 min rubl cərimələyib.
Azvision.az xəbər verir ki, bu qərar onun dünən Moskvada keçirilən qanunsuz aksiyada iştrak etməsi ilə bağlıdır.

Xatırladaq ki, Navalnının həyat yoldaşı aksiyada saxlanılıb və polis idarəsinə aparılıb. Onun barəsində protokol tərtib edildikdən sonra sərbəst buraxılıb.

Yuliya Navalnaya 23 yanvar tarixindəki mitinqdə də saxlanılmışdı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Navalnı  





Xəbər lenti