Şoyqu erməni həmkarı ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Şoyqu erməni həmkarı ilə Qarabağdakı vəziyyəti müzakirə edib
  01 Fevral 2021    Oxunub:2597
Fevralın 1-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni həmkarı Vaqarşak Arutyunyanla telefon danışığı olub.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Nazirlər ötən həftə keçirilən Ermənistan-Rusiya hərbi əməkdaşlığına dair ikitərəfli qərargah danışıqlarının nəticələrini, habelə müharibədən sonrakı dövrdə Ermənistanın təhlükəsizlik məsələlərinin həllini müzakirə ediblər.

V.Arutyunyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyətindən məmnunluğunu ifadə edib. Bunun effektivliyinin ən yaxşı sübutu kimi dekabr və yanvar aylarında ciddi hadisələrin qeydə alınmadığını, atəşkəs rejiminə demək olar ki, əməl edildiyini göstərib.

Onlar regional inkişafla əlaqəli problemləri də müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan   Şoyqu   Rusiya  



Xəbər lenti