|
| "815" Çağrı Mərkəzinə daxil olan zənglərin sayı açıqlanıb |
“Avropa Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzi yeni mutasiya qazanmış variantların cəmiyyətə daxil olma və yayılma ehtimalını “çox yüksək” risk kateqoriyası olaraq qiymətləndirib. Yoluxuculuğun artmasının nəticələri olaraq, xüsusilə yaşlı və xronik xəstəlikləri olanlar da daxil olmaqla bütün yaş qruplarında xəstəxanaya yatışlar və ölüm göstəriciləri arta bilər. B1.1.7. – İngiltərə variantının yoluxma sürəti (40-70%) və öldürücülük qabiliyyətinin (30% daha artıq) olduğu hesablanıb. Hər 3 variantın meydana çıxdığı ölkələrdə sürətlə yayılaraq üstünlük əldə etməsi, qısa müddət ərzində dünyaya yayılaraq yenidən yoluxmaların artacağı şübhəsini təsdiqləmiş olur. Bu səbəblə ən qısa zamanda çox sayda insanın peyvəndlənməsi təmin olunana qədər yoluxmanın qarşısını almaq və səhiyyə sisteminin üzərindəki yükü azlatmaq üçün tədbirlərə daha ciddi riayət edilməlidir”.
N.Mustafayeva qeyd edib ki, ilkin olaraq yanvar ayının 18-dən etibarək ölkədə tibb işçiləri peyvəndlənmə prossesinə cəlb olunub və bu günə qədər ciddi yan təsir baş verməyib.
“Bəzi əməkdaşlarda yerli qızarıqlıq, istilik, peyvənd olunan qolda ağrı əlamətləri müşahidə olunur ki, bu da qısa müddət ərzində yox olub. Bütün dünya bir ildir ki, COVID-19-la mübarizə aparır. Əksəriyyətimiz yaxınlarımızı, əzizlərimizi itirmişik, dəyərli şəxsiyyətlərimiz, həkimlərimiz bu xəstəlik səbəbindən vəfat edib. Düşünək ki, hər tərəfdə yanğın var və ondan qorunmaq üçün bizə çıxış yolu təklif olunur. Biz isə hansısa cəfəng fikirlərə görə, elmi əsası olmayan şayiələrə əsasən, ondan imtina edirik. Bu gün bizə təklif olunan peyvənd yanğından qorunma metodumuzdur. Bizlər vətəndaş olaraq işin ciddiliyini dərk etməliyik və peyvənd olunmalıyıq”.
TƏBİB rəsmisi, həmçinin vurğulayıb ki, əhalinin çox hissəsi xəstəliyi keçirməyib və peyvəndlənmə prosesi də geniş kütləvilik qazanmayıb.
“Dünyada və ölkəmizdə hələ buna nail olunmayıb. Belə olan təqdirdə normal həyata arxayın dönüşdən söz gedə bilməz”, - deyə həkim koronavirus bəlasından xilas yolunun vaksinasiya olduğunu əlavə edib.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


