Ermənistanda Sorosun 700 nəfərlik silahlı qrupu peyda olub

Ermənistanda Sorosun 700 nəfərlik silahlı qrupu peyda olub
  01 Fevral 2021    Oxunub:2084
Ermənistanda Soros fondunun 700 nəfərlik silahlı qrupu fəaliyyət göstərəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Politik.am” yazıb.

“Polisdə islahat çərçivəsində yaradılan Patrul xidmətində işləmək üçün elan edilmiş 770 vətəndaşın işə qəbulu barəsində artıq məlumat vermişdik. Bu islahatların müəllifinin Ermənistandakı Soros fondu olduğunu da qeyd etmişdik.

Bu prosesi əvvəldən sona qədər sorosçu Daniel İonnisyan koordinasiya etdi. Sorosçular bu prosesi tam nəzarəti altında saxladılar", - deyə məqalədə vurğulanıb.

Daha sonra İonnisyanın “Facebook” səhifəsində prosesin tamamlandığını yazdığı vurğulanıb:

“İonnisyan qeyd edib ki, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətinin iştirakı ilə seçilən təxminən 700 tələbə 5 ay davam edəcək ən ciddi kursu keçəcək və qanunu, ədaləti qorumaq üçün İrəvan (hələlik İrəvan) küçələrinə çıxaraq, dolayısıyla cəmiyyətin dövlətə yeni bir münasibətini formalaşdıracaq:

Sizi əmin edirəm ki, onların hamısı parlaq insanlardır. İyundan etibarən onları Patrul xidməti və yol polisi əvəzinə İrəvan küçələrində gördüyünüz zaman sevəcəksiniz".

Bu, bir daha Ermənistanın patrul xidmətinə işə qəbul və təhsillə praktiki olaraq heç bir əlaqəsinin olmadığını göstərir. Və bu fakt ölkəmizin təhlükəsizliyi barədə düşünməyə vadar edir".

Məqalədə, həmçinin qeyd olunub ki, bütün işlər sorosçular tərəfindən idarə olunub, kimlərin hansı şərtlərlə seçildiyi barədə heç bir məlumat yoxdur. Sorosçuların hədəflərindən, digər ölkələrdəki fəaliyyətlərinin nəticələrindən çıxış edərək, 700 nəfərlik silahlı qrupun artıq Ermənistanda fəaliyyət göstərəcəyini düşünmək olar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Soros  





Xəbər lenti