Tikinti ilə bağlı tələbin qüvvəyə minmə vaxtı daha 3 il uzadıldı

   Tikinti ilə bağlı tələbin qüvvəyə minmə vaxtı daha 3 il uzadıldı
  01 Fevral 2021    Oxunub:2021
Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin qüvvəyə minmə müddəti daha 3 il uzadılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəanın müddəti 8 ildən 11-ə uzadılır. Beləliklə tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Tikinti   Qanun   MM  






Xəbər lenti