Şəhid ailələri üçün yeni imtiyazlar müəyyən edilir

   Şəhid ailələri üçün yeni imtiyazlar müəyyən edilir
  01 Fevral 2021    Oxunub:2846
Şəhid aillələrinin üzvlərinə yeni imkanlar yaradılması məqsədilə qanunvericiliyə dəyişiklik edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilir. Bundan sonra peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə də digər həssas qruplarla birlikdə üstünlük veriləcək.

Bununla yanaşı, dəyişikliyə əsasən, sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvləri də şamil ediləcək.

Son dövrlər dövlət qəbul etdiyi bir sıra qanunvericilik aktları ilə şəhid ailələri ilə bağlı təminatları həm sadələşdirir, həm də onların təminatlarını daha da artırır. Bu dəyişikliklə dövlət şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması məqsədini güdür.

Qanuna dəyişikliklər birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Qanun   Layihə  






Xəbər lenti