Atambayevin köməkçisi baş nazir oldu

 Atambayevin köməkçisi baş nazir oldu
  01 Fevral 2021    Oxunub:2728
Qırğızıstanda parlament koalisiyası Uluqbek Maripovu baş nazir vəzifəsinə təsdiqləyib.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, onun namizədliyi “Respublika-Ata Jurt” fraksiyası tərəfindən irəli sürülüb.

40 yaşlı Maripov hazırda Hesablama Palatasına rəhbərlik edir. Bundan əvvəl o, eks-prezident Almazbek Atambayevin köməkçisi olub və eyni zamanda dövlət başçısının administrasiyasında çalışıb.

Yeni kabinetin tərkibi və strukturu ilə bağlı məsələnin 3 fevralda parlamentə təqdim ediləcəyi gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: UluqbekMaripov  



Xəbər lenti