Bir neçə aksizli malların dərəcələri artırılır

Bir neçə aksizli malların dərəcələri artırılır
  01 Fevral 2021    Oxunub:2516
Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişikldə öz əksini tapıb.

Dəyişikliyə əsasən, siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Dəyşiklik layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Azvision.az


Teqlər: Vergi   Məcəllə   MM  






Xəbər lenti