Məşhur müğənni koronavirusdan öldü

 Məşhur müğənni koronavirusdan öldü
  01 Fevral 2021    Oxunub:3955
Məşhur gürcü müğənni və aktyor, əfsanəvi "İveriya" ansamblının solisti Temur Tsiklauri koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə müğənninin ailəsindən bildiriib.

75 yaşlı sənətçiyə dekabr ayının sonunda koronavirus diaqnozu qoyulub. Məlumata görə, o, son klipinin çəklişi zamanı xəstəliyə yoluxub.

Onun bütün ailəsində yoluxma aşkarlanıb. Temur Tsiklauri Qori hərbi xəstəxanasında müalicə alırdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: TemurTsiklauri  



Xəbər lenti