Qeyd olunub ki, həmin məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və Baş Prokurorluq tərəfindən tam məsuliyyətlə təkzib olunur.
|
| "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri saxlanılıb |
Faktla bağlı Baş İdarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan ediib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə Ələkbərov Elçin Bəşir oğlu və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə məhkəmə qərarları ilə həbs qoyulub.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Vətəndaşların hüquqlarının bərpa edilməsi istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


