Akar ordu rəhbərliyini topladı, Ağdamdakı general da iclasa qoşuldu

Akar ordu rəhbərliyini topladı, Ağdamdakı general da iclasa qoşuldu
  01 Fevral 2021    Oxunub:3481
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər və digər ordu komandanlarının iştirakı ilə videokonfrans formatında iclas keçirib.
Azvision.az xəbər verir ki, iclasa 30 yanvar tarixində Qarabağda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində türkiyəli hərbçilərə rəhbərlik edən general da qoşulub.

Akar icmas zamanı təlimatlar verərək Birgə Mərkəzin vacib tapşıqları yerinə yetirəcəyini ifadə edib:

"Ortaq Mərkəz açıldı və işə başladı. Ümidimiz, digər bütün fəaliyyətlərlə yanaşı, bu Mərkəzin verdiyi töhfələrlə atəşkəsin davamlı olması, bölgədə sabitliyin, əmin-amanlığın və dincliyin təmin olunmasıdır.

Bu, bizim arzumuz, diləyimizdir. Bunu Prezidentimiz dəfələrlə dilə gətirib. Cənab İlham Əliyevlə də görüşüldü, Putinlə də müzakirə aparıldı. Bu çərçivədə diləyimiz bölgədə sülh və əmin-amanlığın hökm sürməsidir".



Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  



Xəbər lenti