KİV: Kiyevə ordu yeridilir – CANLI YAYIM

KİV: Kiyevə ordu yeridilir – CANLI YAYIM
  19 Fevral 2014    Oxunub:1530
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Kiyev səmasında 2 reaktiv ehtimalla hərbi təyyarə peyda olub. Agentliyin məlumatına görə, təyyarə Maydan üzərindən kifayət qədər yüksəklikdən uçub . Daha sonra isə bir az kənardan propellerli təyyarənin səsi gəlib.

Bundan əlavə “yevromaydan” aktivistləri öz “feysbuk” səhifələrində hərbi akademiyadan çıxan bir neçə zirehli texnikanın (hərbi personal daşıyan “BTR”) mərkəzə yol aldığı videonu yerləşdiriblər. (https://www.facebook.com/photo.php?v=10202413786778150)

Yerli mətbuat isə bildirir ki, Maydanda təhlükəsizlik qüvvələrinin 2-3 min arası olacağı proqnozlaşdırılır.

Mənbənin sözlərinə görə, mitinqi dağıtmaq üçün Kiyev milisinə artıq silahlar paylanıb.

Qeyd edək ki, bu gün radikal müxalifətə hökümət tərəfindən Bakı vaxtı ilə saat 20:00-a dək qarışıqlığı dayandırmaq ultimatumu verilib. Əks təqdirdə sərt tədbirlərin görüləcəyi vurğulanıb.






Teqlər:





Xəbər lenti