“Qarabağda erməni ordusu olmayacaq” - Minasyan

 “Qarabağda erməni ordusu olmayacaq” -  Minasyan
  02 Fevral 2021    Oxunub:2636
Qarabağda daha erməni ordusu olmayacaq. Bunun yeganə təqsirkarı Nikol Paşinyandır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan "Qarabağın müdafiə ordusu"nun ləğv olunması barədə razılığa gəliblər.

"Sabah yenidən təəccüblənməyəsiniz deyə söyləyirəm. Nikolla Vaqarşak Arutyunyan razılaşdılar, "Qarabağın müdafiə ordusu" yaxın vaxtlarda ləğv olunacaq", - Minasyan "Facebook" hesabında yazıb.

Qeyd edək ki, Minasyan vəzifə səlahiyyətlərindən sui-istifadə, qeyri-qanuni varlanma, pulların yuyulması, gəlirləri barədə yalan məlumat vermək ittihamları ilə axtarışdadır.

Azvision.az


Teqlər: Minasyan   Qarabağ  



Xəbər lenti