Son sutkada yoluxma sayı 444 mindən çox artdı

Son sutkada yoluxma sayı 444 mindən çox artdı
  02 Fevral 2021    Oxunub:1733
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 103 milyon 933 min 597 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 247 min 749 nəfərdir. İndiyədək 75 milyon 731 min 955 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 444 580 nəfər koronavirusa yoluxub, 10 885 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti