Baydenin reytinqi azaldı

 Baydenin reytinqi azaldı
  02 Fevral 2021    Oxunub:1687
ABŞ Prezidenti Cozef Baydenin dəstək reytinqi dövlət başçısı olduğu ilk günlərindən bəri iki faiz azalıb.
Azvision.az xəbər verir ki, bunu “Hill” nəşrinin “HarrisX” kompaniyası ilə birlikdə apardığı sorğunun nəticələri göstərir.

Sorğuda iştirak edənlərin 61%-i Baydenin prezident kimi fəaliyyətini bəyənir. Bu arada, andiçmə mərasimindən dərhal sonra 21-22 yanvar tarixlərində keçirilən sorğunun nəticələrinə görə, yeni prezidentə dəstək 63% təşkil edib.

Həftə ərzində respublikaçılar arasında Baydenə dəstək altı faiz azalıb, ancaq demokratların qiymətləndirməsi dəyişməyib.

Sorğu 28-29 yanvar tarixlərində 945 respondentin iştirakı ilə onlayn keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden  





Xəbər lenti