Almaniyada bir gündə 861 nəfər virusdan ölüb

Almaniyada bir gündə 861 nəfər virusdan ölüb
  02 Fevral 2021    Oxunub:1399
Almaniyada son bir gündə koronavirusa 6114 nəfər yoluxub, 861 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 228 085 yoluxma halı aşkarlanıb, 57 981 ölüm faktı qeydə alınıb.

İndiyədək 1,95 milyondan çox insan xəstəliyə qalib gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti