İspaniya 4 günlük iş həftəsinə keçməyə hazırlaşır

İspaniya 4 günlük iş həftəsinə keçməyə hazırlaşır
  02 Fevral 2021    Oxunub:1468
İspaniyada 4 günlük iş həftəsinə keçilməsi ilə bağlı pilot layihəyə başlanılır.
Azvision.az xəbər verir ki, ölkənin Sənaye, Ticarət və Turizm Nazirliyinin mütəxəssisləri, mərkəz sol “Mas Pais” partiyasının nümayəndələri ilə birlikdə işçilərin maaşları saxlanılmaqla 4 günlük və ya 32 saatlıq iş rejiminə keçmək üçün pilot layihənin detalları üzərində çalışırlar.

Məsləhətləşmələr İspaniya hökumətinin keçən həftənin sonunda dörd günlük iş həftəsinin faydalarını sübut edən bir pilot layihəsini təsdiqləməsindən sonra başlayıb.

Hökumət işçilərin maaşlarını kəsmədən 32 saatlıq iş həftəsinə keçməyə razılıq verən şirkətlərə kömək məqsədilə 50 milyon avro ayıracaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti