Çində saxta peyvənd hazırlayan cinayətkar qrup aşkarlandı

Çində saxta peyvənd hazırlayan cinayətkar qrup aşkarlandı
  02 Fevral 2021    Oxunub:2078
Çində koronavirus əleyhinə saxta peyvənd istehsal edən cinayətkar qrup aşkar edilib.

Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilib ki, Szyansu, Pekin və Şandunda 3000-dən çox saxta koronavirus peyvəndinin hazırlanmasında iştirak edən 80-dən çox şəxs həbs olunub.
Polis qrup üzvlərinin 2020-ci ilin sentyabrından bəri saxta peyvənd istehsal edib, yüksək qiymətə sataraq böyük qazanc əldə etdiklərini müəyyənləşdirib.

Xatırladaq ki, Çin əhalisi “Sinovac” və “Sinopharm” adlı iki peyvəndlə vaksinasiya edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: saxtapeyvənd  





Xəbər lenti