Sabiq nazir dəm qazından boğularaq öldü

Sabiq nazir dəm qazından boğularaq öldü
  02 Fevral 2021    Oxunub:11545
Rusiyanın sabiq kənd təsərrüfatı naziri Aleksandr Nazarçuk vəfat edib.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, o, Altay diyarındakı evində 81 yaşında dünyasını dəyişib.

İlkin ehtimala görə, sabiq nazirin ölümünə dəm qazından zəhərlənmə səbəb olub.

“Ölümün səbəbi hələlik bəlli deyil. Bu, araşdırmalardan sonra məlum olacaq. Bu yaşda ölümə çox şey səbəb ola bilər”, - deyə yerli İstintaq İdarəsinin nümayəndəsi bildirib.

Qeyd edək ki, Aleksandr Nazarçuk 1994-1996-cı illərdə Rusiyanın kənd təsərrüfatı naziri olub. 1996-cı ilin dekabrında Altay regional Qanunverici Məclisinin sədri seçilib, 1996-2001-ci illərdə Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AleksandrNazarçuk  





Xəbər lenti