Ermənistanda koronavirusdan ölüm sayı 3089-a çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 3089-a çatdı
  02 Fevral 2021    Oxunub:1779
Ermənistanda son sutka ərzində daha 143 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 167 231 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3089-a yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 772 nəfərdir. Aktiv xəstələrin sayı 5035 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti