“Cırılmış çadırlarda yatırıq” deyən erməni zabit həbs olundu

 “Cırılmış çadırlarda yatırıq” deyən erməni zabit həbs olundu
  02 Fevral 2021    Oxunub:2081
Dünən Ermənistan hakimiyyətini tənqid edərək sərhəddə ağır şəraitdə xidmət apardıqlarını deyən erməni zabit həbs edilib.

Azvision.az xəbər verir ki, bu barədə erməni politoloq Hayk Martirosyan məlumat yayıb. O, xəyanətkarların zabiti xəyanətdə ittiham edərək saxlamasını absurd hadisə adlandırıb.
“Mətbuatda belə bir məlumat dolaşır ki, bu hərbçi vətənə xəyanətdə ittiham olunaraq saxlanılıb. Kimdir axı xəyanətkarlar!?”, - deyə Martirosyan bildirib.

Xatırladaq ki, dünən erməni zabitlərdən biri sərhədçilərin biabırçı şəraitdə xidmət etdiyini göstərən video çəkib yaymışdı. Yerli saytlarda və sosial şəbəkələrdə geniş paylaşılan görüntülərdə adı açıqlanmayan zabit erməni hərbçilərin cırılmış çadırda, torpağın üstündə yatdıqlarını deyirdi. O, Azərbaycanın güclü sərhəd nöqtələri qurduğunu və əgər nə vaxtsa bir dron tərəfindən hücuma məruz qalarlarsa, müdafiə olunmağa mövqeləri, yaxud da qaçmaqdan başqa çarələri olmayacağını bildirirdi.

“Hökumətimizin bəzi üzvləri Moskvadakı elit restoranlarda nahar etmək üçün 5000 dollar xərcləyirlər, lakin sərhədçilər qışda yerdə yatırlar”, - deyə erməni zabit narazılığını ifadə etmişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Erməni-zabit   Sərhəd   Politoloq  





Xəbər lenti