Sarkisyan müxalifətlə seçki danışıqlarına başlayır

Sarkisyan müxalifətlə seçki danışıqlarına başlayır
  02 Fevral 2021    Oxunub:1492
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan koronavirusdan sağalıb və müxalifət liderləri ilə vacib görüşdə iştirak edəcək.
Azvision.az xəbər veir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Medvedev: "Ermənistanın Avropa xülyası siçan tələsindəki yemdir"
Nəşrin məlumatına görə, görüş keçən həftə baş tutmalı idi, lakin Sarkisyan koronavirusa yoluxduğu üçün təxirə salınıb. Dünən isə onun sağaldığı və testinin mənfi olması barədə məlumat verilib.

Görüşdə siyasətçilər "Vətənin müdafiəsi hərəkatı"nın hansı yolu tutacağını və müxalifətin erkən parlament seçkilərində iştirak edib-etməyəcəyinə qərar verəcəklər.

"Bizdə olan məlumata görə, Serj Sarkisyan seçkiləri boykot etmək niyyətindədir, lakin digər qüvvələr onunla razılaşmır, müxalifət seçkilərə vahid cəbhə və ya ayrılıqda qatılacağını müzakirə etməlidir", - deyə qəzet yazıb.

Müxalifət qüvvələri 18 fevrala planlaşdırılan böyük mitinqdə necə iştirak barədə də müzakirə aparacaqlar.

"Vətən" partiyasının nümayəndəsi Xaçik Qalstyan müxalifətin görüşünün keçiriləcəyini, lakin günlə bağlı qərar verilmədiyini qeyd edib.

Xatırladaq ki, iyirmiyə yaxın partiyanın daxil olduğu hərəkat Nikol Paşinyanın istefasının tərəfdarıdır, lakin bəziləri baş nazir vəzifəsinə vahid namizədi dəstəkləmək istəmirlər. Xüsusilə, "Parlaq Ermənistan" öz namizədini – liderləri Edmond Marukyanı baş nazir vəzifəsinə irəli sürəcəyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti