Myanmada hərbçilər ölkənin hava məkanını bağladı

Myanmada hərbçilər ölkənin hava məkanını bağladı
  02 Fevral 2021    Oxunub:1743
Myanmada hakimiyyəti ələ keçirən hərbçilər ölkənin beynəlxalq hava məkanının iyun ayının əvvəlinə qədər bağlandığını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" Myanma mətbuatına istinadla məlumat yayıb.

Qeyd edilib ki, bütün pilotlara Myanma hava limanlarından beynəlxalq uçuşlar və enişlərin 31 may 2021-ci il tarixində saat 23.59-a qədər dayandırılmsı barədə bildiriş göndərilib.

Çin Myanma ilə sərhəddə hərbi təlimlər keçirir
Eyni zamanda, Myanma hava limanları hələ də beynəlxalq uçuşların dayandırılması üçün səlahiyyətlilərdən əmr almadıqlarını bildirib, ölkədəki xarici səfirliklər isə vətəndaşlarına beynəlxalq uçuşların 30 aprel tarixinə qədər dayandırılması barədə məlumat veriblər.

Xatırladaq ki, Myanmada parlament seçkilərinin nəticələrinə etiraz olaraq fevralın 1-də hərbçilər ölkənin rəhbər şəxslərini saxlayaraq, hakimiyyəti ələ keçiriblər. Onlar bir il müddətinə fövqəladə vəziyyət elan ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Myanma  





Xəbər lenti