Fransa səfirliyindən sülh açıqlaması

Fransa səfirliyindən sülh açıqlaması
  02 Fevral 2021    Oxunub:1857
Tarixi öhdəliyinə sadiq qalan Fransa bölgədə davamlı sülh yaradılması üçün tam səfərbər olaraq qalır.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın Bakıdakı səfirliyinin bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanın Azərbaycana səfərinini yekunu ilə bağlı bəyanatında deyilir.

Qeyd edilib ki, Fransa prezideninin xahişi ilə Lömuan 25-28 yanvar tarixlərində Azərbaycan və Ermənistanda səfərdə olub.

Bakıda dövlət katibi keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanlarını, habelə əməkdaşlıq, əlaqələndirmə və regional iqtisadi inkişaf perspektivlərini müzakirə edib. Bu münasibətlə Biləcəridə Azərbaycan Dəmir Yolları və Alstom, habelə dəmir yolu sahəsində Fransa İnkişaf Agentliyi (AFD) arasında tərəfdaşlığı təcəssüm etdirən dəmir yollarının yeni istismar deposu ilə tanış olub.

Pərvanə Sultanova Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti