Rusiyada koronavirusdan ölüm sayı 74 mini ötdü

Rusiyada koronavirusdan ölüm sayı 74 mini ötdü
  02 Fevral 2021    Oxunub:1801
Rusiyada son sutka ərzində koronavirusa 16 643 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 884 730 nəfərə çatıb.

Rusiyada bir gündə 539 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 74 158 nəfərdir. İndiyədək 3 340 545 xəstə sağalıb. Hazırda ölkədə 476 295 nəfər aktiv xəstə var.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti