Türkiyədə FETÖ əməliyyatı: 294 hərbçinin həbsinə qərar verildi

      Türkiyədə FETÖ əməliyyatı:    294 hərbçinin həbsinə qərar verildi
  02 Fevral 2021    Oxunub:2281
Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Azvision.az xəbər verir ki, ölkənin 42 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 294 üzvünün böyük əksəriyyəti saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Azvision.az


Teqlər: Türkiyə   FETÖ  





Xəbər lenti