Ən çox kinoya fransızlar baxır
![Ən çox kinoya fransızlar baxır Ən çox kinoya fransızlar baxır](https://azvision.az/photos/1936_281 film plyonka.jpg)
AzVision.az Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hesabata əsasən, ötən il köhnə qitədə kinoya ən çox bilet Fransada satılıb.
Bu ölkədə kinoya il ərzində 192,8 milyon bilet satılıb. Fransada bilet satışı 2012-ci illə müqayisədə 5,3 faiz azalıb.
Slyahının ikincisi olan Rusiyada isə bilet satışı 2012-ci ilə nisbətən 10,5 faiz artaraq 173,5 milyon ədəd təşkil edib.
Azalma üçüncü olan Böyük Britaniyadan da yan keçməyib. 4 faiz azalmanın qeydə alındığı Britaniyada alınan biletlərin sayı 165,5 milyon ədəddir.
Teqlər: