İrandan Azərbaycanla bağlı təyinat: Ticarət ona tapşırıldı

 İrandan Azərbaycanla bağlı təyinat:  Ticarət ona tapşırıldı
  02 Fevral 2021    Oxunub:2458
Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi İranın Azərbaycanla Ticarətin İnkişafı Komitəsinin sədri təyin olunub.
Azvision.az İran KİV-ə istinadla xəbər verir ki, bununla bağlı İranın sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni müvafiq qərar imzalayıb.

Qərara əsasən, İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Zəncan vilayətlərinin rəhbərləri, İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası, Kooperasiya Palatası, qeyd olunan vilayətlərin Sənaye, Mədən və Ticarət Təşkilatları və digər əlaqədar qurumlar Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında fəal iştirak etmək istiqamətində müvafiq planının hazırlanması və həyata keçirilməsində lazımi səylər göstərəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  






Xəbər lenti