30 mindən çox erməni Rusiya vətəndaşı oldu

 30 mindən çox erməni Rusiya vətəndaşı oldu
  02 Fevral 2021    Oxunub:5002
Ötən il 30 mindən çox Ermənistan vətəndaşı Rusiya pasportu alıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya statistikasında qeyd olunub.

Məlumata görə, 2020-ci ildə Rusiya pasport verməkdə 20 illik rekordunu yeniləyib. Belə ki, 656,3 min nəfər pasport alıb.

Ermənistan vətəndaşları Rusiya pasportu alan xarici vətəndaşların ilk beşliyində dördüncü yerdədir (30,5 min nəfər).

2019-cu ildə 24 min Ermənistan vətəndaşı, 2018-ci ildə 27 mindən bir qədər çox erməni Rusiya pasportuna sahib olib.

Siyahıda Ukrayna birinci yerdədir (409,5 min nəfər), ikinci yerdə Tacikistan (63,4 min nəfər), üçüncü yerdə Qazaxıstan (43,4 min nəfər), beşinci yerdə Özbəkistan vətəndaşlarıdır (23,1 min nəfər).

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiyapasportu  





Xəbər lenti