Avstriyada maska cəriməsi 3 dəfədən çox artırıldı

Avstriyada maska cəriməsi 3 dəfədən çox artırıldı
  02 Fevral 2021    Oxunub:1644
Avstriyada maska taxılmaması və ictimai yerlərdə ara məsafəsinə əməl edilməməsinə görə cərimələr 90 avroya qaldırılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karl Nehammer bildirib.

Bundan əvvəl cərimə məbləği 25 avro idi.

Yanvar ayında insanlar arasında minimum məsafənin 2 metrə qədər artırıldığı elan edilib. 25 yanvar tarixindən isə ictimai yerlərdə FFP2 maskasından istifadə məcburi olub.

Avstriya kansleri Sebastian Kurts sərt məhdudlaşdırıcı tədbirlərin fevralın 8-dən yumşalacağını, müəyyən şərtlər daxilində mağaza, muzey, heyvanat parkları, həmçinin bərbər salonlarının açılmasına icazə veriləcəyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstriya   Maska  





Xəbər lenti