Koçaryan Moskvaya gedir

Koçaryan Moskvaya gedir
  02 Fevral 2021    Oxunub:1806
Ermənistanın ikinci prezidenti Robert Koçaryan Moskvaya gedir.
Azvision.az xəbər verir ki, bu barədə Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan deyib.

Onun sözlərinə görə, səfərin məqsədi sabiq prezidentin direktorlar şurasının üzvü olduğu "Sistem" investisiya şirkətinin İdarə Heyətinin iclasında iştirak etməkdir.

Qeyd edək ki, bu gün İrəvan məhkəməsi eks-prezident Robert Koçaryanın fevralın 3-dən 8-dək xaricə getməsinə icazə verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti