“ATƏT sülhün təminində vacib rol oynamalıdır” - Ann Linde

“ATƏT sülhün təminində vacib rol oynamalıdır” -  Ann Linde
  02 Fevral 2021    Oxunub:2345
Münaqişələrin həlli İsveçin ATƏT sədrliyidə vacib prioritetidir.
Azvision.az xəbər verir ki, bunu İsveç Krallığının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, ötən il Dağlıq Qarabağ münaqişəsindəki alovlanmadan insanlar böyük əziyyət çəkdilər.

"Bu, bizə onu göstərdi ki, münaqişələrin bir hissəsi həll olunmamış qalır və ATƏT davamlı sülhü təmin etmək üçün vacib rol oynamalıdır. Beynəlxalq humanitar hüquq bizim fəaliyyətimizdə mayak rolunu oynayacaq. Minsk qrupu həmsədrləri, xüsusi nümayəndəm
tam dəstək alacaq", - deyə ATƏT sədri bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  



Xəbər lenti