Hökumət sosial-iqtisadi inkişaf Strategiyası hazırlayacaq

   Hökumət sosial-iqtisadi inkişaf Strategiyası hazırlayacaq
  02 Fevral 2021    Oxunub:2257
Nazirlər Kabineti Milli Prioritetlərə uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Nazirlər Kabineti “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Nazirlər Kabineti “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən aşağıdakıları təmin etməlidir

- qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;

- aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını;

- Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Strategiya  






Xəbər lenti