Aksiyada saxlanılan erməni dünya çempionu infarkt keçirdi

Aksiyada saxlanılan erməni dünya çempionu infarkt keçirdi
  02 Fevral 2021    Oxunub:1900
Baş nazir Nikol Paşinyanın istefasını tələb edən erməni idmançı, boks üzrə keçmiş dünya və Avropa çempionu İsrail Akopkohyan infarkt keçirib.
Azvision.az xəbər verir ki, bu barədə onun vəkili Qor Soqoyan “Facebook” səhifəsində məlumat yayıb.

"Qeyri-qanuni siyasi təqibin nəticələri: İsrail Akopkohyan infarkt keçirib”, - deyə o, yazıb.

Xatırladaq ki, Ermənistanın İstintaq Komitəsi idmançıya qarşı bir qrup şəxslə əlbir olaraq parlament binasını ələ keçirmək ittihamı irəli sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: infarkt  



Xəbər lenti