Regionlar paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırılacaq

   Regionlar paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırılacaq
  02 Fevral 2021    Oxunub:1627
Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf edib. Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunub.

Milli Prioritetlərə əsasən, regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunacaq.

Bundan əlavə, regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcək.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  






Xəbər lenti