“Gənclər yüksək vəzifələrdə etimadı doğruldur” - Deputat
"Azərbaycan Ordusunun tarixi zəfəri ölkə gənclərinin tükənməz vətənpərvərliyi ilə bağlıdır. Xalqın birliyi, orduya və ölkə başçısına olan sonsuz inamı, gənclərin həm ön cəbhə, həm də arxa cəbhədə olan müxətlif istiqamətli fəaliyyəti Azərbaycanda yüksək intellekt, milli düşüncə və vətənpərvər gənclərin yetişdiyini göstərdi. Bundan irəli gələrək, gələcəyin təməlləri olaraq daima diqqət və qayğı göstərilən gənclər artıq gələcəyin yox, bu günün tarixini yazır".
Deputat qeyd edib ki, ölkə başçısı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə gənclərə böyük imkanlar yaradılır.
"Bu, birbaşa insan kapitalına olan investisiya kimi dəyərləndirilir. Gənclərimiz öz növbəsində bu imkanlardan yararlanaraq ölkəmizin dayanıqlı və davamlı inkişafına öz töhfəsini verir. Artıq gənclər müxtəlif yüksək vəzifə və istiqamətlərdə böyük rol alır. Müharibə dövründə hərbi sahədə, eləcə də koronavirus pandemiyası dövründə tibb, eyni cəhətdən elm və təhsil, idman, xüsusilə də sahibkarlıq, innovasiya və müasir texnologiyalar sahəsində və digər bir çox əhəmiyyətli sahədə gənclər onlara inamı doğruldur. Artıq biz əminliklə deyə bilərik ki, gənclərimiz ölkəmizin gələcək dayanıqlı və davamlı inkişafında xüsusi əhəmiyyət kəsb edir".
Aytən Zəhra
Azvision.az
Teqlər: Gənclər







Vaxtında, Aydın, Lazımlı!


