Kəlbəcərdəki yataqların diaqnostikası aparılır

Kəlbəcərdəki yataqların diaqnostikası aparılır
  02 Fevral 2021    Oxunub:2468
Kəlbəcər rayonu ərazisində yerləşən yataqların istismarı ön plandadır. Orada kəşf edilmiş yataqların monitorinqi və diaqnostika mərhələsi başlanılıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Onun sözlərinə görə, qısa müddətli dövrdə yataqların diaqnostikası aparılacaq.

“Orta və uzun müddətli dövrdə yataqların effektivliyinə və önəmli dərəcəsinə görə istismarı nəzərdə tutulur. Paralel olaraq yataqların istehsalı, minerallaşma zonalarında kəşfiyyat işlərinin aparılması planlaşdırılır”.

Azvision.az



Teqlər: Kəlbəcər  






Xəbər lenti