"İran Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib" - Səfir
Spiker münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ölkəsinin dost və qardaş Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini ifadə edib: “İran ölkəmizin apardığı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub”.
Səfir 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış Zəfərə görə xalqımızı və Milli Məclisin Sədrini təbrik edib.
Bildirilib ki, hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmiləri arasında mövcud olan münasibətlər iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir. Heç də təsadüfi deyil ki, əməkdaşlığımız artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


