Azərbaycanda gənc müəllimlərin sayı 38 mindən çoxdur

Azərbaycanda gənc müəllimlərin sayı 38 mindən çoxdur
  02 Fevral 2021    Oxunub:2550
Bu gün 2 Fevral - Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşdüm. Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında yazıb

Nazir bildirib ki, ölkəmizin ümumi təhsil müəssisələrində çalışan 141 749 müəllimdən 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir.

"Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral - Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram", - deyə Emin Əmrullayev gəncləri təbrik edib.

Azvision.az



Teqlər: Gənclər-günü   Müəllim  






Xəbər lenti