Daha 332 nəfər koronavirusdan sağaldı

   Daha 332 nəfər koronavirusdan sağaldı
  02 Fevral 2021    Oxunub:3232
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 332 nəfər müalicə olunaraq sağalıb, 159 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 230 min 455 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 223 min 807 nəfər müalicə olunaraq sağalıb, 3141 nəfər vəfat edib. Aktiv xəstə sayı 3507 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 419 min 747 test aparılıb. Bugünkü test sayı isə 7713-dir.

Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti