İqtisadi nəhəngə çevrilən Çin üçün mümkünsüz heç nə yoxdur
Texnoloji oğurluqlar Amerika-Çin münasibətləri tarixində ilk hadisə deyil. Amerikaya xüsusi məqsədlərlə göndərilən bir qrup çinli bu ölkənin müasir texnologiyaları oğurlamaq üçün var gücüylə cəhdlər edir və məxfi məlumatları Çinə göndərməyə çalışırlar. Onlar bu məqsədlə müxtəlif sənədləri saxtalaşdırır, Amerikaya guya təhsil almağa və ya bizneslə bağlı gəldiklərini bildirirlər.
Amerikalı rəsmilərin və diplomatların fikrincə, Çin özünün kəşf etmədiyi texnologiyaları əvvəlki tək başqalarından qanunsuz şəkildə əldə etməyə çalışır. Bu isə ABŞ-da ciddi narahatlıq doğurur. Çünki, bir müddət keçdikdən sonra həmin texnologiyalar Çin üzərindən Amerikanın özünə qarşı yönəlir. Bu texnologiyaların bir hissəsi hərbi məqsədlər üçün istifadə olunur.
Beləliklə, Cozef Bayden administrasiyası da Çinin Amerikadan texnoloji oğurluqları ilə mübarizə aparmaq məcburiyyətindədir. Bəzən bu oğurluqları müəyyənləşdirmək çətindir. Çünki bir Çin şirkəti ABŞ-da başqa bir şirkətin hansısa layihəsini maliyyələşdirir, investisiya yatırır, texnologiyaları əldə etdikdən sonra isə layihəni qapadır. Nəticədə, layihə yarımçıq qalır, Çin isə yeni texnologiya əldə edir. Məhz bu hallara görə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çinə qarşı sanksiyaları sərtləşdirmişdi. Tramp da hesab edirdi ki, Çin Amerika texnologiyalarını böyük həcmdə oğurlamaqla məşğuldur.
Çin başqa ölkələrdən əldə etdiyi texnologiyaları “kopyalamaqda” məşhurdur. İnternet Amerikada icad olunub. Ancaq Çin hakimiyyəti internetin sirlərini öyrəndikdən sonra ölkədə özünə aid internet formalaşdırıb. Başqa bir ölkənin internetinin “kopyasını” yaratması problematik olar, Çindən başqa. Əhalisi 1 milyardı aşan Çin iqtisadi nəhəngə çevrilib, bu ölkə üçün mümkün olmayan heç nə yoxdur.
Hazırladı: “Atlas” Araşdırmalar Mərkəzi
Azvision.az
Teqlər: Çin ABŞ Texnologiya







Vaxtında, Aydın, Lazımlı!


