`LifeNews`un operatoru Maydanda yaralandı – VİDEO

 `LifeNews`un operatoru Maydanda yaralandı – VİDEO
  19 Fevral 2014    Oxunub:914
Maydanda nümyişçilərin dağıdılması zamanı `LifeNews` un operatorlarından biri xəsarət alıb.
AzVision.az xəbər verir ki, Kiyevin mərkəzində Berkut ordusu ilə Maydan tərəfdarlarının toqquşması davam edir.

Canlı yayım zamanı “LifeNews” çəkiliş qrupunun operatorunun ayağına səs bombasının qəlpəsi dəyib. Hətta baş verəndən sonra da operator çəkimi saxlamayıb. Daha sonra operatora ağrı kəsici və qoruyucu maddələrlə tibbi yardım göstərilib.

Xadırladaq ki, çərşənbə axşamı asayiş qoruyucuları maydanda əsas barrikadaları keçərək fəalları dağıtma əməliyyatına başlayıblar. Milis səs bombasından istifadə etdiyi təqdirdə müxalifət tərəfi buna molotof kokteyli ilə cavab verir.

Ən son məlumatlara görə çaxnaşma zamanı ölənlərin sayı 9 nəfərə çatıb. Bu xəbəri DİN-də təsdiqləyib. Tibbi yardım üçün isə 70 nəfər müraciət edib. Onlardan 59-u xəstəxanaya yerləşdirilib.




Teqlər:





Xəbər lenti